
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində heç vaxt DQ probleminin həllini təklif etmək variantı olmayıb. Bunu ER baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində deyib.
“Ermənistan hökuməti Dağlıq Qarabağın ermənilərdən boşadılmamasının qarşısını almaq üçün hər şeyi edib, o mənada ki, insanların getməsinə icazə vermək ideyası daim irəli sürülüb. Biz bunun baş verməməsi üçün hər şeyi edirdik”, – Paşinyan bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin noyabrın 9-da imzalanmış razılaşmaların əsasən Ermənistan səbəbindən yerinə yetirilmədiyi barədə bəyanatına toxunan Paşinyan belə cavab verib: “Yəni noyabrın 9-da üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə hücum etməlidir və bu müddət ərzində Rusiya sülhməramlıları gizlənməlidir?







