
Baş nazir Nikol Paşinyanın başçılğl ilə Təhlükəsizlik şurasının iclası keçirilmişdir.
ER Baş nazirinin ofisindən bildirmişlər ki, iclasda Təhlükəsizlik şurası üzvləriylə yanaşı həmçinin Respublika Prezidenti Vahaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan, Baş nazirin iş heyəti üzrə rəhbəri Arayik Harutyunyan, İqtisadiyyət naziri Vahan Kerobyan, ER Parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan, ER Parlamentinin “Mülki müqavilə” (KP) fraksiyasının rəhbəri Hayk Koncoryan iştirak etmişlər.
Alınan məlumata görə, iclas ərzində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, ER ərzaq təhlükəsizliyinin təmin edilməsi, ER Silahlı qüvvələrinn birgə idarə edən avtomatlaşdırılmış sistemi və Ermənistan Respublikasının təhlükəsizliyi ilə bağlı digər məsələlər müzakirə olunmuşdur.
Qeyd olunur ki, ER Xarici işlər naziri Ararat Mirzoyan, ER Müdafiə naziri Suren Papikyan, ER Silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan, ER İqtisadiyyət naziri Vahan Kerobyan və digər rəsmilər hesabatlarla çıxış etmişlər.







