
Azərbaycan əvvəlcə sülh müqaviləsinin əsas müddəalarını, prinsiplerini qəbul etməlidir, sonra demarkasiya işləri aparılmalıdır.
Bunu dekabrın 20-də parlamentdə jurnalistlərlə söhbətində Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədr müavini, “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan deyib.
“İndi işlər texniki problemlər, xəritələr, topqrafik məlumatların təhlili üzrə gedir, lakin bütün iş prosesinin nəticələri yalnız Azərbayca tərəfindən sülh müqaviləsinin əsas müddəa və prinsiplerinin qəbul edilməsin təqdirdə ola bilər”,-deputat qeyd edib.
Bakı tərəfindən sərhəddən qoşunların geri çəkilməsi ilə bağlı təklifin qəbul olunmamasına toxunan Xaçatryan vurğuladı ki, Azərbaycan qoşunlarının bizim ərazimizdə olduğu halda sülh ola bilməz.
“Bütün problemlər işğal olunmuş ərazilərdən çıxdıqdan sonra həll olunmalıdır. İkincisi, sülhə çatmaq imkanı olsa da, sərhəddən geri çəkilmənin məqsədi silahlı qüvvələr arasında mümkün olduğu qədər bir-biri ilə ünsiyyətin olmamasıdır, bu ərazidə sərhəçilər olmalıdır. Lakin bu demək olmur ki, onların işğal etdikləri ərazilərimizdən biz də çıxmalıyıq”,- Xaçatryan bildirib.







