BaşlıcaSiyasət

Komfort Eron Ermənistan Respublikasının sərhədində: Sülh danışıqları və sərhədlərin demarkasiyasına qayıtmağa çağırırıq

Beynəlxalq böhran qrupunun sədri Komfort Eron  Avropa Birliyinin Ermənistandakı müşahidə missyası ilə birlikdə Azərbyacanla sərhəddə patrul xidmətini həyata keçirib. Bu haqda o, öz X-də olan paylaşmasında  yazmışdır.

“İki tərəfinin döyüş mövqelərinin yaşayış məntəqələrinə nə qədər yaxın olduğunu görmək təəccüblüdür. Avropa Birliyinin Ermənistandakı missyası  heyətinin  sayını artırmaq haqqında qərar yalnız müsbət  qarşılana bilər.

Kəndlilər müntəzəm olaraq atəş səslərini eşidir, lakin son aylarda itkilərin sayı azalmışdır”- deyə Eron qeyd edərək əlavə edib ki, əgər Bakı və Yerevan AB müşahidə missyasına cəlb edillərsə, o hadisələrin qarşısını almağa kömak edə və sərhədkənarı layihələrində əməkdaşlığa  başlamağa   yardım edə bilər.

Böhran qrupu iki tərəfi sülh danışıqlarına, o cümlədən sərhədlərin demarkasiyasına qayıtmağa səsləyir. Qərb tərəfdaşlarının hadisələri izləmək səyləri danışıqları üçün şəraitlər yaratmaq baxımından mühüm vasitələrdir”- deyə Beynəlxalq Böhran qrupunun rəhbəri qeyd edib.

Daha çox göstər
Back to top button