BaşlıcaİctimaiyyətSiyasət

Beynalxalq böhran qrupunun rəhbəri DQ-dan olan məcburi köçkünləri ziyarət edib

Beynalxalq böhran qrupunun rəhbəri Komfort Ero Dağlığ Qarabağdan məcburi köçkün düşmüş və Ermənistanda sığınacaq tapmış artsaxlıları ziyarət etmişdir.

“Dağlıq Qarabağ qaçqınlarının ailələrinin Ermənistanda necə məskunlaşmağa çalışdığını görmək olduqca təəssüratlıdır. Onlardan 100 min nəfərdən çoxu cari ilin Sentyabrında Azərbaycan tərəfindən regionu geri götürmək üçün həyata keçirilən hərbi əməliyyat ərzində qaçmışlar”-deyə Ero öz X mikrobloqunda yazıb.

O, qeyd edib ki, bu günlərdə soyuq hava şəraitində Ermənistan-Azərbaycan sərhədində yerləşən Norabak kənddəki bir ailəni ziyarət etmişdir.

“Onların 10 uşaqlı olan böyük ailəsinin ehtiyacları çoxdur. Digərləri kimi onlar da geri dönmə perspektivi olmayan, hər şeyi orada buraxıb çıxmışlar.

World Vision Armenia-sı ərazinin qaçqın düşmüş ailələrini dəstəkləyən yeganədir. Vəziyətlə tanış olmaq üçün yerli ofisin başçısı Zorik Karapetyan ilə görüşmüşük”-deyə Eron yazmışdır.

O, əlavə edib ki, “qaçqınların 3 milyondan az əhalisi olan Ermənistanda inteqrasiyası böyük çağırış olacaq”.

Xatırladaq ki, Komfort Ero daha öncə Ermənistanda Baş nazir Nikol Paşinyan, Prezident Vahaqn Xaçaturyan və digər rəsmilərlə görüş keçirmişdir.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button