BaşlıcaSiyasət

Hindistan Ermənistana BrahMos qanadlı raketləri və Pralay ballistik raketləri tədarük edə bilər

Hindistan Ermənistanla mümkün raket sistemlərinin satışı ilə bağlı danışıqlar aparır. Bu barədə Hindistan Müdafiə Nazirliyi yanında Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına (The Defence Research and Development Organization) istinadən Indian Defense Research Wing  portalı məlumat verib.

Xüsusilə Hindistan BrahMos səsdən sürətli qanadlı raketləri və qısa mənzilli Pralay ballistik raketlərini tədarük etməkdə maraqlıdır.

“Pralay” raketinin uçuş məsafəsinin 150-500 km, BrahMos raketinin isə 290 km-ə qədər olduğu bildirilir.

Mənbə bildirib ki, Ermənistanla potensial sövdələşmə Hindistanın müdafiə ixracı və Yerevanla strateji tərəfdaşlığı üçün mühüm addımdır.

Daha çox göstər
Back to top button