Başlıcaİctimaiyyət

Hökumət həlak olmuş və itkin düşmüş hərbçilərin valideynlərinə 3 yaşına qədər uşağa qulluq etməkdə dəstək verəcək

Hökumət yardımçı reproduktiv texnologiyalardan istifadə etməklə tibbi yardım almış itkin düşmüş və ya həlak olmuş elan edilmiş hərbi qulluqçuların valideynlərinə üç yaşınadək uşaqlara qulluq göstərilməsinin təşkilinə dövlət dəstəyinin göstərilməsi tədbirini təsdiq edib.

Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan müvafiq layihəni hökumətin növbəti iclasına təqdim edib.

Mkrtçyan xatırladıb ki, 2022-ci ilin yanvarında layihə təsdiq edilib və ona əsasən, hərbi əməliyyatlar zamanı vətən uğrunda canlarını fəda etmiş hərbçilərin valideynlərinə reproduktiv sağlamlıq və surroqat ananın xidməti vasitəsilə uşaq dünyaya gətirmək imkanı verilib.

“Sevinclə qeyd etməliyəm ki, artıq onlarla ailədə uşaqlar doğulub və bu uşaqlara qayğının səmərəli və düzgün təşkili üçün bu layihəyi təklif edirik. Uşaq bağçaları və məktəbəqədər uşaq müəssisələri vasitəsilə qayğı xidmətlərinin təşkili üçün 104 min dram məbləğində dəstək verməyi planlaşdırırıq”, – Mkrtçyan bildirib.

Daha çox göstər
Back to top button