BaşlıcaMədəniyyət

Azərbaycanda etnik təzyiqlərə məruz qalan ermənidən bəhs edən sənədli film “Oskar”ın qısa siyahısına daxil edilib

Ben Proudfoot və Chris Bowers-in qısametrajlı “The Last Repair Shop” sənədli filmi 15 digər filmlə birlikdə 96-cı Oskar üçün qısa siyahıya düşmüşüb. Bu barədə Amerika Kino Akademiyasının saytında dərc olunmuş məlumatda deyilir.

Filmin əsasını erməni obrazı təşkil edir. Film Los Anceles şəhərində 80 000-dən çox musiqi alətini yaxşı vəziyyətdə saxlayan dörd fədakar ustanın hekayəsindən bəhs edir. Onların baş meneceri 1980-ci illərdə Azərbaycanda etnik təqiblərə məruz qalmış Stiv Bağramyandır.

Film bu kateqoriya üzrə nominasiya edilmiş 114 film arasından seçilərək “Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə qısa siyahıya düşmüşdür.

“The Last Repair Shop” Los Angeles Times YouTube kanalında mövcuddur.

Daha çox göstər
Back to top button