BaşlıcaSiyasət

“Konstitusiya çoxluğumuz var, niyə yeni seçkilərə getməliyik?”: Alen Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan hakim partiya olan “Mülki müqavilə” partiyasının yeni seçkilərə getmək istəməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

Simonyan parlamentdə jurnalistlərlə söhbətində bu barədə danışıb. O, yeni seçkilərə getmək niyyəti ilə bağlı yayılan xəbərləri yalan adlandırıb və partiyanın idarə heyətinin iclaslarında partiya quruculuğunun müxtəlif məsələlərinin müzakirə olunduğunu vurğulayıb.

“Bizim konstitusiya çoxluğumuz var, niyə yeni seçkilərə getməliyik? Onu da qeyd edək ki, biz ildə bir dəfə seçkiyə getməyə hazırıq, müxalifət isə ümumiyyətlə, seçkiyə getməyə hazır deyil”, – deyə Alen Simonyan partiya iclaslarında belə bir sualın müzakirə olunmadığına bir daha əmin edib.

O, həmçinin əlavə edib ki, heç kim demokratik yolla seçilmiş hökumətə heç nə məcbur edə bilməz.

Daha çox göstər
Back to top button