
Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin qorunub saxlanması sülhə, davamlı inkişafa, sosial birliyə, tolerantlığa, ayrı-seçkiliyə qarşı mübarizə və insan hüquqlarının möhkəmləndirilməsinə yönəlmiş səmərəli siyasətin təşviqində mühüm elementdir. Bu barədə İranda Qədim Sivilizasiyalar Forumunun yeddinci nazirlər toplantısında ER xarici işlər nazir müavini Vahe Qevorgyan bildirdi.
Nazir mavin qeyd edib ki, dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələr mədəni və dini abidələrə dağıdıcı təsir göstərir.
“Məlumatların monitorinqi, təkmilləşdirilməsi, effektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi, əməkdaşlığın və məlumat mübadiləsinin təşviqi, eləcə də rəqəmsal və peyk texnologiyalarından və innovativ həllərdən istifadəsi mədəni irsin qorunması və mədəni vandalizmin qarşısının alınması üçün mühüm alətlər dəsti yaradır.
2018-ci il iyulun 13-də qəbul edilmiş Tiuanako Bəyannaməsində Forum üzvləri silahlı münaqişələrin Ümumdünya İrs obyektlərinin bütövlüyü üçün ciddi təhlükəyə çevrilməsi faktını pisləyiblər. 2022-ci ilin dekarın 4-də imzalanmış Bağdad Bəyannaməsində qeyd edildiyi kimi, Üzv Dövlətlər mədəni sərvətlərin, o cümlədən dini obyektlərin dağıdılması, talan edilməsi və mənimsənilməsi ilə bağlı dərin narahatlığı bölüşürlər.
Ermənistan hesab edir ki, Qədim Sivilizasiyalar Forumunun üzvü olan dövlətlər YUNESKO kimi aparıcı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün əlavə səylər göstərməlidir. Ermənistan forumun üzvləri ilə YUNESKO-da və digər çoxtərəfli platformalarda birgə təşəbbüslər həyata keçirməyə hazırdır.
2023-cü ilin sentyabrında Azərbaycan tərəfindən Dağlıq Qarabağın bütün yerli əhalisinin etnik təmizlənməsinə səbəb olan güc tətbiqi erməni mədəni irsini daha da təhlükə altına atıb.
Mədəni irs obyektlərinin qəsdən məhv edilməsi və kimliyin təhrif edilməsinə yönəlmiş dövlət siyasəti təkcə Ermənistan üçün deyil, bütün bəşəriyyət üçün çağırışdır.
Vəziyyətin ciddiliyi beynəlxalq ictimaiyyətdən təcili səylər göstərməyi tələb edir. Bu baxımdan biz Dağlıq Qarabağda YUNESKO-nun müstəqil ekspert missiyasının yerləşdirilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan indiyə kimi hələ də buna mane olur.
Ümid edirik ki, kollektiv səylər və bəşəriyyət dəyərlərinə, sülhə və mədəni irsin qorunmasına sarsılmaz sadiqliyimizlə Dağlıq Qarabağda və ətraf ərazilərdə təhlükə altında olan erməni mədəni irsinin qorunmasına mühüm töhfə verə biləcəyik”,- nazir vurğuladı.







