BaşlıcaSiyasət

BQXK nümayəndələri Azərbaycanda saxlanılan DQ sabiq rəhbərlərinə qohumları tərəfindən göndərilən bağlamaları təhvil veriblər

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində qeyri-qanuni saxlanılan Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.

Bu barədə komitə sədrinin müavini Elçin Şirinov məlumat verib.

Onun sözlərinə görə, başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma rejimi və s. məsələlərlə maraqlanmaq olub:

“Həmin şəxslərlə həm ayrılıqda, həm də bir yerdə görüş baş tutub. Görüş zamanı adıçəkilən şəxslər saxlanılma şəraitindən razılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Onlar istədikləri kitablarla təmin olunublar, televizor və elektron kitabxanaya çıxış imkanları yaradılıb, idman zallarından istifadə təşkil edilib. Adıçəkilən şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara eyni zamanda ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub. Həmin zaman Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistandan həmin şəxslərin yaxınlarının onlara göndərdikləri azuqələri təhvil verirdilər”.

Daha çox göstər
Back to top button