
“Azərbaycan və Ermənistan arasında sülh heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
O qeyd edib ki, cari il ərzində nailiyyətlərimiz də, itkilərimiz də olub.
“Olmayan görüşlərə gəlincə, bəli, bu problemdir, amma müzakirələr davam edir və davam edəcək. Biz sülh sazişinə və real sülhə kifayət qədər yaxınıq”.”, – deyə Simonyan qeyd edib.







