
Ermənistanın Xİ naziri Ararat Mirzoyan Azərbaycanla sülhün real imkanlarının pəncərəsini görür. Bu haqda nazir öz iranlı həmkarı ilə birgə brifinq zamanı bildirmişdir.
Mirzoyan vurğulayıb ki, Yerevan Azərbaycanla münasibətlərin nizamlanması və sülhün bərqərar olması məqsədini güdən danışıqlarda öz qətiyyətini vicdanla və konstruktiv şəkildə dəfələrlə nümayiş etdirdi.
“Biz prosesə və ümumilikdə regionda sabit sülhün bərqərar olmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik”-deyə Mirzoyan vurğulayıb.
O, qeyd edib ki, danışıqlar bir neçə mərhələ ilə gedir və hazırda sülh sazişinin layihəsi istiqamətində işlər görülür.
“Bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər aldıq, ona tanış olacaq və reaksiya verəcəyik, həmçinin öz təkliflərimizi təqdim edəcəyik”-deyə Mirzoyan vurğulamışdır.
Onun sözlərinə görə, çoxları prosesin sona çatmasının real imkanlarının olduğunu israr edirlər. “Və mən, əlbəttə ki, bununla razılaşmalıyam. Dağlıq Qarabağın erməni əhalisinin çətinlikləri, məcburi köçürülməsi və aqressiv ritorikasına baxmayaraq sülhün imkanı, həqiqətən də,mövcudur.
Biz bu imkanı və hökümətin, öz növbəsində, prosesi sona çatması üçün var qüvvəsini sərf etdiyini görürük.
Lakin, təəssüf ki, heç bir dövlət bunu birtərəfli edə bilmir. Azərbaycanın konstruktiv mövqeyi lazımdır. İmkan var, amma bu yalnız Ermənistandan asıllı deyil, və ümidvarıq ki, Azərbaycan konstruktivizm nümayiş etdirəcək”- deyə sonra Mirzoyan əlavə etmişdir ki, bununla belə Bakıdan əsirlərin azad edilməsi kimi həm müsbət reaksiyalar, həm də aqressiv çağırışlar və bəyanatlar kimi mənfi reaksiyalar, yaxud görüşlərdən yayınmaq cəhdləri eşidilir.
Buna baxmayaraq, Mirzoyan Azərbaycanın konstruktiv yanaşma nümayiş etdirəcəyinə və sülh sazişinin imzalanacağına ümid etdiyini bildirmişdir.







