
Yerevan və Bakı sülh müqaviləni sona çatdırmaq istiqamətində gedirlər, ümidvarıq ki, onu ən qısa zamanda imzalayacaqlar. Bu haqda RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdir.
“Biz, həqiqətən, ölkələrin sülh müqaviləsini sona çatdırmaq istiqamətində gedişini bildiririk. Bunun mümkün qədər təbii ki, keyfiyyətə zərər vermədən tez olacağına ümidvarıq. Beləliklə, biz hamıyla birlikdə o işin nə vaxt yekunlaşacağını gözləyirik.
Əsas odur ki, biz hər iki tərəfdə həm Bakıda, həm də Yerevanda siyasi iradənin olduğunu görürük. Və əlbəttə ki, biz bunu dəstəkləyirik”, – deyə Peskov jurnalistlərə bildirib.
O, qeyd etmişdir ki, sülh müqaviləsinin imzalanması həm iki tərəfi, həm də bütün regionun sülh və sabitliyi üçün faydalı olacaq.
Peskov qeyd edib ki, Ermənistan və Azərbaycanın başçıları Peterburgda danışıqlar aparmamışlar, amma hamısının ayaqüstü qısa təmaslarçün imkanı var idi.
“Xeyr, o gündə onlar danışıqqlar aparmamışlar. Və belə tədbirlər, o cümlədən MDB qeyri-rəsmi sammiti ayaqüstü qısa təmaslar üçün yaxşı imkandır. Bu dəfə də belə olub. Hamının bir-biri ilə bəzi əsas məqamlarla bağlı söhbət etmək imkanı olub”, – deyə Peskov bildirmişdir.







