Baş nazir: “Ermənistan hökumətinin strateji məqsədi bir vətəndaşın rəqəmsal profilini yaratmaqdır”

Ermənistan hökumətinin strateji məqsədi bir vətəndaşın rəqəmsal profilini yaratmaqdır və bu məsələdə biometrik pasportun çox vacib mənası var. Bu haqda Baş nazir Nikol Paşinyan hökümət iclasında bildirmişdir.
“İndi bizim qlobal strateji problemimiz ondan ibarətdir ki, insan rəqəmsal platformada özünü dövlət orqanlarına təqdim edərkən və ya ümumiyyətlə, hüquqi münasibətlərə girərkən özünü belə təqdim edəndə internetdə şəxsiyyəti müəyyən etmək imkanımız olur. Odur ki,biometrik pasport və şəxsiyyət vəsiqəsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu fundamental, amma ilk addımıdır, və biz rəqəmsal məkanda insanı idetifikasiya etmək üçün mexanizm yaratmalıyıq ki, kim özünü dövlət orqanına təqdim edirsə, məhz onun özünün təqdim etdiyi şəxs olduğuna əmin olaq.
Bu variyantla identifikasiya etmək mümkün olarsa, əlbəttə ki, elektron imza identifikasiyasını və indi etdiyimiz bütün əməliyyatları etmək mümkün olacaq. Məsələn, pasportdan istifadə etməklə, bu proses nəticəsində biz bunu evdə oturaraq, telefon və ya kompüterlə etmək imkanımız olmalıdır” – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, növbəti addım mobil şəxsiyyət vəsiqəsinin(ID) qəbulu və verilməsi olmalıdır.
“Bu deməkdir ki, insan identifikasiya kartının alınmasından sonra onu itirməmək üçün evdə saxlanılmalıdır, və qalan bütün hallarda biz onun şəxsiyyət məlumatlarından rəqəmsal, mobil proqram vasitəsilə istifadə etməsinə şərait yaratmalıyıq”, – deyə Paşinyan qeyd etmişdir.
Baş nazir, eyni zamanda şəxsiyyət vəsiqəsinin qeyri-mümkün olduğu hallarda bir səyahət sənədi olaraq biometrik bir profilin istifadəsini də vurğuladı.







