
2024-cü il yanvarın 1-dən etibarən Ermənistan Respublikası Avrasiya iqtisadi ittifaqının orqanlarına sədrliyi təhvil alıb. Birliyin saytında verilən məlumata görə, 2024-cü ildən etibarən ER Avrasiya Ali iqtisadi şurasına, Avrasiya hökumətlərarası şurasına və Avrasiya iqtisadiyyat komissiyasının şurasına sədrlik edəcəkdir.Bu haqda birliyin saytı məlumatlandırıb.
Qeyd olunur ki, Moskvada Avrasiya iqtisadi ittifaqının ali şurasının Avrasiya iqtisadiyyat ittifaqının 10 illiyinə həsr olunmuş iclası, Avrasiyanın 3-cü itisadi forumu, Avrasiya hökumətlərarası şurasının iclası, eləcə də bir sıra digər tədbirlər keçiriləcək.
Yaxın vaxtlarda Ermənistanın Baş naziri, Avrasiya ali iqtisadiyyat şurasının və Avrasiya hökumətlərarası şurasının sədri Nikol Paşinyan Ermənistanın sədrliyinin önəmli sahələrinə həsr olunmuş nitqlə çıxış edəcəkdir.







