AB səfiri Vasilis Maraqos müraciətnamə göndərib: Ermənistanın təhlükəsizlik vəziyyətini müşahidə etməyə davam edirik

AB səfiri Vasilis Maraqos Yeni il ərəfəsində müraciətnamə göndərmişdir.
“Yeni il ərəfəsində mən Ermənistana və parlaq erməni xalqına ən səmimi arzularımı göndərirəm.
Keçmişə daha bir çətinliklərlə dolu il buraxırıq.
Keçən ili regionda sülhün bərqərar edilməsi istiqamətinə yönəlmiş səylərlə, eyni vaxtda, buna nail olmaq üçün hələ çox yol getməli olduğumuzu aydın dərk etməklə dolğun idi.
Keçən il ərzində biz tərəfdaşlarla birlikdə iqtisadi inkişaf və təhlükəsizliyin təmin edilməsi, həmçinin çətin vəziyyətlərdə demokratiyanın, islahatların və rifahın təmin edilməsində Ermənistan Respublikasına dəstək vermək üçün işi davam etdirmişik.
Bu ildə biz Avropa Birliyinin Ermənistandakı müşahidə misyasının yaradılmasının şahidi olduq.
AB Ümumi təhlükəsizlik və müdafiə siyasətinin altında yaradılmış mülki misyası erməni-azərbaycan sərhədinin erməni tərəfində yerləşdirilmiş və təhlükəsiz vəziyyəti müşahidə etməyə davam edir və eyni zamanda insanların təhlükəsizliyinə və regionda etibarın qorunmasına töhfə verir.
AB müharibə və məcburi köçürülmənin nəticələrinə qalib gəlmək üçün lazım olan humanitar dəstəyi vermişdir.
Sentyabrın 19-dan sonra Dağlıq Qarabağdan qaçqın düşmüş ermənilərin təcili ehtiyaclarına reaksiya vermişik və bu istiqamətdə işləməyə davam edirik.
AB və üzv dövlətləri onların ehtiyaclarına reaksiya verərək 50 milyon avrodan çox yardım göndərmişlər.
Ermənistan hakimiyyəti tərəfindən məcburi köçkün düşmüş şəxslərin dəstəklənməsi və inegrasiyası istiqamətində həyata keçirdiyi işləri alqışlamaq istərdim.
Biz həmçinin Syunik vilayətində müqavimətin möhkəmləndirilməsi və mövcud daxili gücü müəyyən etmək məqsədiylə təhsil, iqtisadi inkişaf və infrastrukturlar istiqamətində investisiyalar edərək fəaliyyət göstəririk.
“Avropa komandası” təşəbbüsünün ruhuna sadiq olaraq vilayətdə AB və AB-nə üzv dövlətlər tərəfindən 110 milyondan çox avro məbləğində investisiyalar həyata keçirilir.
Ermənistan Respublikası və Avropa Birliyi ümumi siyasi dəyərlər sistemi və qaydalara əsaslanan beynəlxalq nizama sadiqlik rəmziylə bir-birinə bağlıdır. Bu günə qədər bizim bütün platformalarda mövcud olan münasibətlərimizi dərinləşdirmək və möhkəmləndirmək imkanlarını öyrənirik.
Biz təhlükəsizlik sahəsində mövcud əməkdaşlığı mahiyyətcə yeni səviyyəyə qaldıracağıq. Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq müqaviləsi çərçivəsində ER vətəndaşları və erməni şirkətlərinə yeni imkanlar təklif edərək iqtisadiyyət sahəsində birgə işimizi möhkəmləndirəcəyik.
Biz həmçinin əlaqəni və rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə iqtisadi və investisiyalar planına uyğun olaraq infrastrukturlar, insan kapitalı, yaşıl və rəqəmsal keçid istiqamətində investisiyalara yeni təkan verəcəyik.
Bu məqsədlə Avropa Birliyi və Ermənistan Respublikası arasında artıq investisiyaların koordinasiya platformasını işə salmışıq.
Hörmətli erməni xalqı,
Avropa Birliyi sizinlə çiyin-çiyinə dayanır.
Biz hər gün Avropa Birliyi vətəndaşlarının Ermənistan Respublikasına və erməni xalqına həmrəyliyini nümayiş etdiririk.
Biz islahatları və investisiyaları dəstəkləyirik.
Biz erməni xalqının yaradıcı daxili gücünü və istedadının təzahürünü dəstəkləyirik.
Qoy bu Yeni il hamımızı daha da yaxşılaşdırsın və bizə güc versin, dinc və firavan regionda daha yaxşı gələcək qurmaq əzmini gücləndirsin.
Təşəkkür edirəm”.







