BaşlıcaİctimaiyyətSiyasət

Azərbaycanın apellyasiya məhkəməsində oğurlanmış Vaqif Xaçatryanla bağlı farsı davam edir

Azərbaycanın apellyasiya məhkəməsində oğurlanmış Vaqif Xaçatryanla bağlı farsı davam edir.

Azərbaycan mətbuat vasitələrinin məlmatına görə, Vaqif Xaçatryanın barəsində olan hökmünün apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Qeyd olunur ki, Xaçatryanın Azərbaycan hakimiyyəti tərəfindən təyin edilmiş vəkili “məhkəmədən müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib”.

Növbəti “məhkəmə” Yanvarın 15-nə təyin edilmişdir.

Xatırladaq ki, birinci Artsax müharibəsində iştirak etmiş Vaqif Xaçatryan bu yayda Laçın dəhlizini keçərkən BQXK-nin, sözün əsl mənasında, əlindən oğurlanmışdır. Azərbaycan hakimiyyəti  Vaqif Xaçatryanı hərbi əməliyyatlarda iştirak etməyi üçün xüsusilə ağır cinayətlər törətməkdə ittiham etmişlər.

Azərbaycan hakimiyyətinin açıq-aşkar qanunsuz hərəkətlərinə, o cümlədən BQXK-nın himayəsində olan şəxsin oğurlanmasına baxmayaraq,  Xaçatryan nəinki azadlığa buraxılmayıb, hətta təqsirləndirilən şəxsin kürsüsündə də peyda olunmuşdur.

Tələsik yaradılmış saxta işdə 59 “qurban” var ki, onların hamısı Xaçatryanı “tanıyıb”, onun “cinayətləri” haqda danışmışlar. Vaqif Xaçatryan ittiham üzrə özünü təqsirli tanımayıb və heç bir cinayətdə iştirak etmədiyini bildirib.

Daha çox göstər
Back to top button