BaşlıcaSiyasət

Azərbaycanda fars davam edir – Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir

Azərbaycanda prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Məzahir Pənahov deyib ki, namizədliyinin irəli sürülməsi təsdiqlənmiş 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib: “3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”.

Daha çox göstər
Back to top button