
“Amerikanın Səsi” bildirir ki, Lui Bononun Cənubi Qafqaz danışıqları fonunda rəsmi Vaşinqton regiona sülh gətirəcək istənilən prosesi dəstəkləməyə hazır olduğunu bəyan edib.
Lui Bononun Cənubi Qafqaza səfərinin məqsəd və gözləntiləri ilə bağlı “Amerikanın Səsi” erməni xidmətinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti bildirib:
“Biz təfərrüat verə bilmərik. Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini və davamlı və ləyaqətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir.
Cənab Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistan və Azərbaycanın bir sıra nümayəndələri ilə danışır. Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesi dəstəkləməyə hazırıq”.







