
Dünyanın ən böyük şirkətlərindən üçünün Ermənistanda nümayəndəlik açacağı gözlənilir. Bu haqda İqtisadiyyət nazirinin müavini Ani İspiryan birifnq zamanı bildirib.
“2024-cü ildə 21 tədbir həyata kecirməliyik ki, onların nəticəsində investisiya və biznes mühiti inkişaf etməlidir”-deyə İspiryan qeyd edib.
Nazir müavini 3 böyük nöqtəyə diqqət yetiriərək, onların tezliklə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. “Biri dünyanın ən böyük 500 şirkətlərindən üçünün Ermənistanda nümayəndəlik açmasıdır. İkincisi dünyanın 30 ən böyük və yaxşı brendlərinin müvafiq siyahılarından Ermənistana da daxil edilməsidir”-deyə nazir müavini məlumat verib.
İspiryanın xüsusi qeyd etdiyi növbəti proqram iqtisadi baxımdan mürəkkəb məhsulların istehsalının stimullaşdırılması proqramıdır.
Hökümət 2026-cı ilədək ER iqtisadi mürəkkəblik göstəricisini ən azı 0,1-ə catdırmaq məqsədini qoyub. 0,2 və yüksək mürəkkəblik olan mahsulları istehsal və ən azı 1 milyard dram(2 milyon 473 min dollar) kapital investisiya edəcək bütün istehsalçılar müraciət edə və 35 faizə qədər kompensasiya ala bilərlər.







