Başlıcaİctimaiyyət

Yerevanın yaxınılığında hökumət rayonu tikiləcək

Ədliyyə naziri Qriqor Minasyan hökumət rayonunun tikiləcəyini bildirib. Onun sözlərinə görə, dövlət qurumlarının köçürülməsi Yerevanın mərkəzini yüngülləşdirəcək, binalar isə biznes məqsədiylə istifaə ediləcək.

“Ədliyyə sahəsinin qurumlarının binaları bir yerdə yerləşdirilmək ideyası olub. Sonra, mənim fikirimcə, daha doğru qərar qəbul edilmişdir. Və layihəni daha böyük layihəyə, o cümlədən hökümət rayonuna çevirmək prossesinə  Baş nazir müavini Tigran Xaçatryan rəhbərlik edir. Yalnız nazirliklər və prokurorluq deyil, həmçinin bütün dövlət idarələri mərkəzdən çıxarılsın, Yerevan yaxınlığındakı hansısa bir vilayət ərazisinə köçürülsün.

Həm mərkəz yüngülləşəcək, həm də dövlət rəsmiləri tərəfindən tutan  nəhəng binaları icarə, satış və s. qarşılığında biznesə veriləcək və mənfəət əldə ediləcək. Bunun beynəlxalq təcrübəsi mövcuddur”, – deyə o, bildirib.

Minasyanın sözlərinə görə, hökumət rayonunun modeli cari ildə hazır olacaq.

Daha çox göstər
Back to top button