
Zəngəzur həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün həlledici marşrutdur. Bu haqda jurnalistə müsahibəsində Qarabağ münaqişəsi üzrə ekspert, Karnegi Fondunun baş eksperti Tom de Vaal deyib.
Bir neçə il bundan öncə kim inanardı ki, Kapan şəhərində Avropa Birliyinin bayraqları, İran bayraqlarını görəcəksən, fransızlar orada konsulluq açmaq istəyir, ruslar oradadır və birdən bura 1919-1920-ci illərdə olduğu kimi beynəlxalq rəqabət və diplomatiya mərkəzinəmi çevriləcək?
Amma yenə təkrar olunur. Bu haqda müsahibəsində Qarabağ münaqişəsi üzrə ekspert, Karnegi Fondunun baş eksperti Tom de Vaal qeyd edib.
“Yaxşı bəs bu nədən baş verir? Bu, həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün həlledici marşrutdur.Siz xatırlayırsınızı ki, Naxicevandakı Cuğa Sovet-İran dəmir yolu keçid məntəqəsi idi, böyük sərhəd keçid məntəqəsi idi. Və təbii ki, bağlandı və 30 ildir oradan qatar keçmir.
Amma Sünik və Zəngəzurdan keçən dəmir yolu yenidən tikilərsə, Cuğa yenidən Rusiya və İranın dəmir yolu keçidinə çevriləcək.
Deməli, Rusiya və İran yenidən həmin bölgəyə baxır. Azərbaycan üçün Türkiyə ilə əlaqədir, Qərb üçün isə həm də Türkiyə, Ermənistan, Azərbaycan ərazisindən Orta Asiyaya yeni Şərq-Qərb kanalıdır.
Beləliklə, birdən bu kiçik, 43 kilometrlik dəmir yolu hamını maraqlandırmağa başlayır.
Ukraynadakı müharibə bütün bu Şərq-Qərb əlaqələrini bağladığından, Qafqazda bu Şərq-Şimal-Cənub kanalları daha çox əhəmiyyət kəsb edir. Güman edirəm ki, hamının Ermənistanın Cənubundakı bu kiçik bölgəyə baxmasının səbəbi də elə budur” – deyərək o, bildirib







