BaşlıcaSiyasətTəhlil

Tom dı Vaal: Ruslar tərəfindən həyata keçirmiş yeganə müsbət əməl ermənilərin Qarabağdan xəsarətsiz çıxması olub

Ruslar tərəfindən həyata keçirmiş yeganə müsbət əməl ermənilərin Qarabağdan xəsarətsiz çıxması olub. Bu haqda jurnalistə verdiyi müsahibədə Qarabağ münaqişəsinin mütəxəssisi, Karneq Fondunun baş eksperti Tom dı Vaal rusların öz sükutu ilə faktiki olaraq Azərbaycanın tərəfini tutduğu və hətta Dağlıq Qarabağın əhalisinin boşaldılmasında Azərbaycana müəyyən qədər kömək etdiyi barədə müşahidəyə  toxunaraq qeyd edib: məsələn, azərbaycanlıların  Dağlıq Qarabağa son hücümü və erməni əhalisini tərk etməyi məcbur edəndə kəndlərdən bildirdilər ki, əvvəlcə ruslar gəlib erməniləri silahlarını yerə qoymağa və sadəcə olaraq Ermənistana qaçmağa razı salmağa çalışırlar.

“Aydındır ki, biz çox məlumatlardan bixəbərik. Bu, şübhəsiz, bir birini  artıq 20 ildən artıq  yaxşı tanıyan prezidentlər Əliyev və Putinin yüksək səviyyəli söhbətlərinin bir hissəsidir.

 Hesab edirəm ki, eyni məsələni Laçın dəhlizinin bloklanması ilə bağlı hadisələrin kotekstində müzakirə etdik. Ruisya bunun baş verəcəyinə icazə verirdimi? Yoxsa Rusiya olduqca zəifmi idi?

Məncə, bu, hər ikisinin birləşməsidir. Rusiya daha çox zəifdir, Azərbaycan isə bunu istifadə edirdi. Amma, şübhəsiz, hesab edirəm ki, Rusiya bu həcmi əməliyyatı mütləq qabaqcadan görə bilərdi.

Belə miqyaslı əmməliyyatın əvvəlki hərbi hazırlığını görə bilərdilər. Onların  öz məlumatlar  mənbələri var idi, lakin bunun qarşısını almaq üçün heç bir hərəkət etmədilər.

Beləliklə,  mən bütün bunları  Moskvanın heç bir şey etmədiyiçün öncədən düşünülmüş qərar  kimi müşahidə edirəm.

Mənim fikirimcə, ruslar tərəfindən həyata keçirmiş yeganə müsbət əməl ermənilərin Qarabağdan dinc şəkildə çıxışı olub. Təbii ki, yolda bir neçə nəfər dünyasını dəyişib, amma Azərbaycan tərəfindən zorakılıq olmayıb.

Onlar ermənilərin Qarabağdan kütləvi şəkildə dinc çıxarılmasına töhfə veriblər. Amma bundan başqa, bəli, buna icazə verdilər. Və şübhəsiz ki, Bakı ilə Moskva arasında kifayət qədər əlaqələr olub və olmaqdadır”- deyə Vaal bildirib.

Ekspert Ermənistanın RF asılılığından çıxmaq üçün öz xarici münasibətləri, müdafiə və təhlükəsizlik sahəsində siyasətini diversifikasiya etməyə çalışdığına toxunaraq bildirib ki, “Ondan başlayaq ki, Ermənistan, təbii ki, həmişə öz xarici siyasətini diversifikasiya etməyə çalışıb.

90-cı illərdə Ter-Petrosyanın dövründə də belə olub, Avropa, ABŞ, Yaxın Şərqlə əlaqələr olanda bu, tamamlayıcı siyasət adlanırdı. Rusiya bir çox tərəfdaşlardan yalnız biri olmalı idi.

Xüsusilə Robert Koçaryanın dövründə bütün iqtisadi aktivlər Rusiyanın nəzarətinə keçməsi, Gyumridəki hərbi bazasının genişlənməsi və s. Moskvadan hərbi və iqtisadi asılılığı olduqca gücləndirdilər.

Beləliklə, realıq bu olub və bu asılılıq hələ də davam edir. Rəqəmlərə baxın. Ermənistan qazının 80 faizi Gürcüstan vasitəsilə Rusiyadan, buğdanın 90 faizi Rusiyadan gəlir. Aydındır ki, Rusiya ilə ticarəti mühüm qalmaqda davam edir və bu ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Rusiya Lars keçid məntəqəsini bağlayanda, bu, Ermənistanın iqtisadiyyatına təsir edir.

Bütün təsir rıçaqları hələ mövcuddur, lakin, şübhəsiz, bunlardan uzaqlaşmaq üçün  səylər göstərilir. Düşünürəm ki, bəziləri deyərlər ki, bu o qədər də məharətlə aparılmır, bəlkə də Rusiya asılılığından daha çox uzaqlaşmaq və bu haqda az danışmaq müdriklik olardı.

Amma Nikol Paşinyanın bu hökuməti, deyəsən, daha çox danışır və az iş görür və bu, strateji baxımdan, o qədər də ağıllı deyil, amma bu dəyişiklik hazırda, şübhəsiz, prosesdədir”.

Daha çox göstər
Back to top button