BaşlıcaSiyasət

Əliyev ultimatum irəli sürməyə və Ermənistanı “Zangezur dəhlizi” ilə şantaj etməyə davam edir

“Zəngəzur dəhlizi açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

“Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər.

Ən düzgün variant Megri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq”.

Beynəlxalq vasitəçilərə açıq-aydın olmalıdır ki, hansı ölkənin günahı ilə sülh müqaviləsi indiyədək yoxdur. Əliyevin tələbləri sübut edir ki, onun hədəfi yalnız Dağlıq Qarabağ deyil, məhz Ermənistandır.

Daha çox göstər
Back to top button