
Parlamentin Xarici münasibətlər üzrə daimi komissiyasının sədri Sarqis Xandanyan Ermənistanın erməni-azərbaycan danışıqlarının tərəfdarı olduğunu qeyd edib. Xandanyan danışıqlar formatına toxunaraq mövcud olan formatların davam ediləcəyini bildirib.
“Bunlar danışıqlara müəyyən beynalxalq etibar edir , danışıqları daha legitim edir, həmçinin riskləri daha idarəolunan edir. İkitərəfli danışıqlar barədə bəyanatlar, sadəcə bəyanatlardır.
Hesab edirəm ki, Ermənistana Azərbaycanla danışıqlar üçün yer, vaxt və ya gün təyin etmək təklifi olunmayıb”-deyə o, qeyd edib.
Xandanyanın fikirincə, ikitərəfli müzakirələr demarkasiya komissiyalarında davam edir. “Bəli, Ermənistan danışıqları davam etdirməyə hazırdır”.
O, Ermənistan Respubliaksı üçün ikitərəfli danışıqların olmaması prinsipial olub olmaması sualına cavab verərək qeyd edib ki, “Bizim üçün danışıqların məzmunu və prinsiplərin müəyyən edilməsi prioritet əhəmiyyət kəsb edir. Danışıqlar istər vasitəçilərin iştirakı ilə olsun, istərsə də ikitərəfli olsun, əgər prinsiplər qeydə alınmasa, razılaşmalar gözlədiyimiz dəyərə malik olmayacaq”.







