
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan yaxın vaxtlarda Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını mümkün hesab edir.
Alınan məlumata görə, belə bir fikri Koçaryan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
Koçaryan Azərbaycan qüvvələrinin yaxın vaxtlarda Ermənistan ərazisindən çıxarılmasını mümkün hesab edirmi sualına müsbət cavab verib. “Bəli. Birincisi, biz sülh yolu ilə cəhd etməliyik” – Koçaryan əlavə edib.
Azərbaycanı Ermənistanın işğal olunmuş ərazilərindən çıxmağa nə məcbur edəcək sualına dönən Koçaryan belə cavab verib:
“Dövlətimizin güclənməsi, təhlükəsizlik sistemimizin gücləndirilməsidir. Biz hər gün oyanıb öz dövlətimizin təhlükəsizliyini gücləndirən vəzifələri yerinə yetirməliyik”.
Komitə sədrinin sözlərinə görə, hər şey sabaha hesablanmalıdır.
“Bizim itkilərimiz var və indi biz hər gün təhlükəsizlik mühitimizi gücləndirməliyik” – deyərək Koçaryan bildirib.







