BaşlıcaEkonomika

Mayın 14-16-da Yerevan AYİB illik görüşü və biznes konfransı qəbul edəcək

2024-cü ilin Mayın 14-16-da  Yerevanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik görüşü və biznes forumu keçiriləcək.

Maliyyə nazirliyindən bildirirlər ki, Ermənistan üçün maliyyə sahəsində görünməmiş tədbir 74 ölkənin yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların və şəxsi sektor təşkilatlarının nümayəndələri də daxil olmaqla 2000-ə yaxın iştirakçını bir dam altında toplayacaq.

İllik görüşün bir hissəsi “Təsirin birgə tətbiq etməsi” («Delivering Impact Together»)  başlığı daşıyan  “Biznes Forumu” da olacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının illik görüşləri yüksək səviyyəli platformalarda  ümumdünyə maliyyə-iqtisadi mühitdə baş verən hadisələri və ümumi maraq doğuran məsələlər ətrafında müazkirələr aparamaq,  beynalxalq təşkilatlar, xarici dövlətlər və digər təşkilatların nümayəndə heyətləri və nümayəndələri ilə iki tərəfli görüşlər keçirmək, həmçinin qlobal çağırışlarla əlaqədər tədbirlərdə iştirak etmək imkanı verir.

Sözügedən görüşlər çərçivəsində plenar iclaslar keçirilir, burada AYİB-in fəaliyyəti çərçivəsində son bir ildə həyata keçirilən işlər və qeydə alınan nəticələr yekunlaşdırılır və gələcək fəaliyyəti qeyd olunur.

Daha çox göstər
Back to top button