Başlıcaİctimaiyyət

Sankt-Peterburq məhkəməsi “Azərbaycan mafiyasının” lideri Məmmədovu həbsdə saxlayıb

Sankt-Peterburq şəhərinin Oktyabrsk rayon məhkəməsi “Azərbaycan mafiyası”nın rəhbəri Tural Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb. Bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.

“İstintaq göstərib ki, Məmmədov xüsusi rüsvayçılıqla cəsarətli cinayətlər törətməkdə ittiham olunur” – deyərək  məlumatda qeyd olunur.

Bildirilir ki, Məmmədov və müdafiə tərəfi həbs qətimkan tədbirinin uzadılmasının əleyhinə çıxış edərək ev dustaqlığı istəyib. Təqsirləndirilən şəxs gizlənmək niyyətinin olmadığını iddia edib.

Xatırladaq ki, dekabrın 22-də “Azərbaycan mafiyası”nın liderinin Sankt-Peterburqa köçdüyü məlum olub. Bu gənc əvvəl Azərbaycanda gizlənirdi, lakin sonradan ölkə onu Rusiyaya ekstradisiya edib.

Məmmədov və daha 15 nəfər yoldan keçənləri döydükdən sonra saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, gənclər slavyan sifətli ruslara hücum edib, bundan sonra administratoru Məmmədov olan Telegram kanalında videolar yerləşdiriblər.

Müstəntiqlər həmçinin hesab edir ki, gənc oğlan açıq şəkildə yoldan keçənlərə qarşı zorakılığa çağırıb. Məmmədov bir neçə maddə üzrə, o cümlədən nifrət və düşmənçiliyin salınmasına yönəlmiş ictimai hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunur.

Daha çox göstər
Back to top button