
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib ki, Qərbi Asiyada baş verən əksər münaqişələrin arxasında İsrail dayanır, çünki “rejim öz maraqlarını qorumaq naminə münaqişələrdən yararlanır”.Bu haqda Mehr qeyd edib.
“Regiondakı münaqişələrin əksəriyyətində sionistlərin izlərini görmək olar. Əgər münaqişə olmasa, onlar özlərini rahat hiss etməzlər və bu münaqişələr onların maraqlarına tam uyğundur” – deyə Eslami Fələstinə həsr olunmuş televiziya proqramında qeyd edib.
O, həmçinin “İsrail aparteid rejimini“öz toxunulmazlığını müdafiə etmək üçün Birləşmiş Millətlər Təşkilatının çətinliklərindən istifadə etdiyinə görə” tənqid edib. Çünki elan olunmamış nüvə silahı proqramı ilə bağlı hələ də rejimə qarşı qətnamə qəbul edilməyib.
İslami bununla bağlı “Kütləvi qırğın silahlarının İranın müdafiə doktrinasında yeri olmadığını” vurğulayaraq əlavə edib ki, xarici siyasəti fəal əməkdaşlığa əsaslandığı üçün ölkə güc balansına nail olmaq naminə nüvə silahından istifadə etmək niyyətində deyil.







