
Luvr Bizans incəsənəti və Şərq xristianlığına həsr olunmuş bölmə yaratmağa hazırlaşır və bu bölməyə Ermənistan da daxil olacaq. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini özünün X mikrobloqunda yazıb.
“İldə 9,6 milyon ziyarətçi ilə Luvr dünyada birincidir. Luvr Bizans incəsənəti və Şərq xristianlığına həsr olunmuş bölmə yaratmağa hazırlaşır və bu bölməyə Ermənistan da daxil olacaq. Ermənistanda isə Luvr Erebuni Muzeyinin yeniləşmə layihəsini dəstəkləyir”- deyərək Fransa səfiri yazıb.







