Nyu Yorkun müasir sənət muzeyində Hamo Beknazaryanın filmləri nümayiş olunacaq

Erməni filmlər ER Təhsil, elm, mədəniyyət və idman nazirliyinin maliyyələşdirilməsi ilə həyata keçirilən filmlərin rəqəmləşdirilməsi və bərpasının dövlət layihəsi çərçivəsində Ermənistanın milli kino mərkəzinin təşəbbüsü ilə 4K formatı ilə bərpa olunub.
Dünyanın ən nüfuzlu mədəni platformalarından birində Nyu Yorkun MoMA müasir sənət muzeyində «To Save and Project: The MoMA International Festival of Film Preservation» 20-ci beynalxalq festivalının çərçivəsində Yanvarın 28-də saat 13:30-da və Yanvarın 31-də saat 13:00-da erməni kinosunun müəssisi Hamo Beknazaryanın “Vulkan üzərindəki ev” (1928) və “Yergir Nairi” (1930) filmləri 4K bərpa olunmuş formatda nümayiş etdiriləcək.
Həmçinin qeyd edək ki, 2022-ci ilin Yanvarında Nyu Yorkun müasir sənət muzeyində “To Save and Project” festivalının çərçivəsində Sergey Paracanovun “Hakob Hovnatanyan” 4K formatı ilə bərpa olunmuş filmi lent versiyasında nümayiş etdirilib və muzeyin daimi saxlanılmasına təhvil verilmişdir.
Bu muzeyin daimi saxlanılmasına təhvil verilmiş ilk erməni filmidir. Bu film həmçinin ER Təhsil, elm, mədəniyyət və idman nazirliyinin maliyyə dəstəyiylə bərpa olunmuşdur.







