
Əliyev Ermənistanı yenidən müharibə ilə şantaj edib: bir daha Syunik rayonu vasitəsilə Azərbaycanı Naxicevan Muxtar Vilayəti ilə birbaşa birləşdirəcək ekstraterritorial “Zangezur dəhlizi”nin açılmasını tələb edib.
Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər.
Ən düzgün variant Megri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq”.
Bu, Əliyev tərəfindən Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı (paytaxt Yerevan da daxil olmaqla) növbəti təhdiddir, O, açıq şəkildə Ermənistanı “Qərbi Azərbaycan” adlandırır.
O yenə dedi ki, “İndiki Ermənistan bizim torpağımızdır”, “1918-ci ildə Azərbaycan yarandıqdan sonra Yerevan Ermənistana keçdi” və s.
Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra işğal etdiyi Ermənistan Respublikasının ərazilərinə (100 kv.km-dən çox) gəlincə, Əliyev vasitəçilərin ondan bu əraziləri tərk etməsini çox xahiş etdiyini açıqlayaraq, hələ də qoşunları geri çəkməyəcəyini bildirib.
“Biz heç yerə getməyəcəyik, nə 2021-ci ilin mayında, nə də 2022-ci ilin sentyabrında tutduğumuz mövqelərdən bir addım da geri getməyəcəyik. 1970-ci ildən sonra xəritələri əsas götürmək istəyən yeganə ölkə Ermənistan deyil. Biz bununla heç vaxt razılaşmayacağıq. Bizim torpaqlarımız 1970-ci illərdən əvvəl Ermənistana verilib”.
Qəribədir, Əliyev niyə 1970-ci ildən əvvəl, məsələn, 1928-ci il xətti üzrə (Ermənistan SSR-in ərazisi təqribən 1500 kv.km böyük, Azərbaycanın ərazisi isə demək olar ki, SSRİ-nin dağılması zamanı olandan bir o qədər də kiçik idi) sərhədi çəkmək istəmir). Yaxud onun qeyd etdiyi 1918-ci il xəritəsi ilə (Birinci Ermənistan Respublikasının yarandığı il) – indi “dəhliz” məsələsi ortaya çıxmazdı, Naxçıvan (Naxicevan) ermənilərə aiddi və bolşeviklər onu rəsmən AzSSR-in tərkibinə verdilər. Və ya hətta e.ə 4-cü əsrin sonlarından eramızın 4-cü əsrinə qədər haçan ki, Böyük Ermənistanın əraziləri Ermənistan yaylasından çox uzağa gedirdi.
Ah, bağışlayın, unuduruq ki, Əliyevin “tarix elminə” görə, azərbaycanlılar ermənilərdən qat-qat qədimdirlər və sonuncular ümumiyyətlə mövcud deyillər və onların bütün tarixi-mədəni irsi qədim Qafqaz Albaniyasından “oğurlanıb”.
Amma, ciddi olsaq, Əliyevin son açıqlamaları bütün bu illər ərzində Bakıda mövcud rejimə və inzibati sovet sərhədlərində minlərlə erməni və azərbaycanlı hərbçinin öldürülməsi, yerli mülki əhalinin qovulması və minilliklər boyu orada əcdadları yaşamış insanların irsinin məhv edilməsi bahasına “ərazi bötüvlüyünü bərpasında” bu qədər canfəşanlıqla haqq qazandıran və dəstəkləyənlərə bir böyük salamdır. Bu cəfəngiyyatdır, “bu, BMT-yə uyğundur” deyirdilər, bundan sonra bölgədə çoxdan gözlənilən “sülh erası” gələcək deyirdilər, İlham dinc, mehriban, olacaq…deyirdilər. Yaxşı, elə oldumu?
2020-ci il müharibəsindən sonra ER dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistanın indiki sərhədlərini SSRİ-nin inzibati sərhədlərinə uyğun olaraq tanımasına cavab olaraq, Qarabağ da daxil olmaqla Azərbaycanın sərhədləri tanımaqla sülh müqaviləsi bağlamağa hazırdır.
Amma Əliyev hələ də bundan imtina edir, ərazi güzəştləri, üstəlik Ermənistanın nəzarətində olmayan “Zangezur dəhlizi” tələb edir. O, dəfələrlə qoşunlarıyla Syunik bölgəsinə daxil olub. Avropa İttifaqı və ABŞ platformasında Ermənistan-Azərbaycan danışıqlarının bir neçə raundunu torpeda edib.
Ötən ilin sonunda o, Qarabağda etnik təmizləmə və Azərbaycanın özündə insan haqları və demokratiyanın pozulması ilə bağlı diplomatik cəbhədə Qərbdən tənqidlərə məruz qalaraq, onlarla (Fransa, ABŞ və bəzən Almaniya) işi dondurdu.
Davamı olacaq…
(Məqalə Rusiyanın “СерпомПо” telegram kanalında dərc olunub).







