
Azərbaycanla sülh müqaviləsi layihəsində yalnız bir tərəfin hərəkətini nəzərdə tutan bənd yoxdur, bütün tezislər həm Ermənistana, həm də Azərbaycana aiddir.
Aldığımız məlumata görə, bu haqda Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Azərbaycan prezidenti İlham Əliyevin son ritorikasına və Ermənistan tərəfinin buna reaksiyasına işarə edən Simonyan bildirib ki, kəskin heç nə baş verməyib, sülh sazişi layihəsi ilə bağlı təklif mübadiləsi davam edir.
Bununla belə, Alen Simonyan qeyd edib ki, Azərbaycan prezidentinin ritorikası çox vaxt danışıqlar məntiqindən kənarda qalır.
Mümkün sülh razılaşması ilə bağlı o, bildirib ki, bütün tezislər hər iki tərəfə aiddir. “Müqavilə layihəsində yalnız bir tərəfə aid heç nə yoxdur.
Məsələn, biz qoşunların çıxarılmasından danışanda, güzgüvari çıxarılmasından danışırıq. “Bütün tezislər həm Azərbaycana, həm də Ermənistana aiddir.
Parlamentin sədri Azərbaycanın “Zəngəzur dəhlizi” adlanan yerlə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bir daha təsdiqləyib ki, dəhlizlə bağlı saziş layihəsi olmayıb və ola da bilməz.







