BaşlıcaMədəniyyətSiyasət

Mədəni müharibə: Azərbaycanın erməni şəxsiyyətinə qarşı mübarizəsi

Bu həftədə aydın olub ki, Birləşmiş Ştatlar Azərbaycanı Dağlıq Qarabağ üzərində nəzarəti  ələ keçirdikdən sonra dini azadlığı ətrafında pozuntularda daxil edildiyi yaxud bunalrı dözmək səbəbindən Dini etiqad azadlığına nəzarəti siyahısında daxil edib.

Azərbaycanın hərəkətləri yenilik deyil. Mədəniyyət soyqırımı anlayışı sivil dünyanın gözü qarşısında və bəlkə də onun sükutla razılıq əsasında baş verməsi yenilik deyil. Ştatların bu addımı nəyi ifadə edir, onun səbəbləri nədir və hansı hadisələri gözləmək olar?

Azərbaycan tərəfindən Artsaxda erməni izini məhv etmək üzrə siyasəti yenilik deyil, və təsadüfən deyil ki, Birləşmiş Ştatlar tərəfindən Azərabaycanı Dağlıq Qarabağ üzərində nəzarəti  ələ keçirdikdən sonra dini azadlığı ətrafında pozuntularda daxil edildiyi yaxud bunalrı dözmək səbəbindən Dini etiqad azadlığına nəzarəti siyahısında daxil etmək qərarı ətrafında Azərbaycan tabliğat maşını hay-küy saldı.

Daha öncə, Noyabrda Fransanın paytaxtında Şuşinin tarixi irsinə həsr olunmuş konfransı keçirilib. Orada Artsaxın nümayəndəsi də iştirak edib.

Dekabrında isə Parisin görkəmli Bastili meydanında Paris bələdiyyəsi və «L’Œuvre d’Orient» kotolik təşkilətı tərəfindən Dağlıq Qarabağın erməni tarixi-mədəni irsini 30 müsətsna şəkillə təqdim edən

 “Dağlıq Qarabağ: təhlükə altında olan erməni irsi” başlığını daşıyan birgə açıq sərgi təşkil edilmişdir. Sərgi Yanvarın 15-dəkfəaliyyət göstərəcək. Artsaxın abidələrinin müdafiəsi üzrə departamentin keçmiş rəhbəri Armine Hayrapetyan bu addımları alqışlayır.

“ABŞ bu addımı Ştatların beynalxalq dini azadlığı komissiyasının illik hesabatından sonra olub, orada xəbərdarlıq var ki, Bakı dövlət səviyyəsində Artsaxda tarixi abidələrindən erməni izini aradan qaldırmaq haqqında danışır”.

Erməni mədəni irsi hələ 2020-ci ilin 44 günluk müharibəsi nəticəsində risk zonasına düşüb, budan sonra böyük sayda abidələr Azərbaycanın nəzarəti altında qalıblar.

Bu risklər 2023-cü ilin Sentyabrın 19-20-də Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi hərbi təcəvüzünün nəticəsində Artsaxın təxminən bütün erməni əhalisinin məcburi şəkildə öz evi və torpağından köçürülməsindən sonra idarəedilməz oldular.

“Azərbaycanın siyasi elitası etnik təmizləmələrdən sonra erməni şəxsiyyətinin mövcudluğuna qarşı müharibəyə başladı. İndi bütün Artsax Azərbaycanın təcəvüzünün nəticəsində işğal altındadır və bir xalqın böyük tarixi irsi məhv edilmək üzrədir”.

Baxmayaraq ki, son illərdə Artsax ermənilərinin təcrübəsi beynəlxalq birliyin sözdən hərəkətə keçmə siyasətinə şübhə ilə yanaşmaq tələb edir və bu mənada ABŞ-ın bu addımla Azərbaycana hansısa formada təzyiq etmək məqsədinin perspektivi çox zəifdir. Amma hər halda ABŞ kimi, eləcə də digər dövlətlərlə bu istiqamətdə işləmək lazımdır.

“Növbəti addım, deyəsən, Azərbaycanın bu cür hərəkətlərinin qarşısının alınmasıdır, lakin təəssüf ki, bizdə beynəlxalq qərarlara məhəl qoyulmaması və Azərbaycanın cəzasız hərəkətini davam etdirməsi presedentləri var”.

2020-ci ildən sonra müxtəlif təşəbbüslər Artsaxda erməni tarixi və mədəni irsinin məhv edilməsi risklərini minimuma endirməyə çalışır. Onlardan biri də erməni mədəni irsi barədə peşəkar-akademik materialların verilməsində səmərəli olan “Monument watch” platformasıdır.

Layihənin elmi rəhbəri, arxeoloq Hamlet Petrosyan erməni və beynəlxalq mədəni mühafizə təşkilatlarının işini kifayət qədər ciddi hesab edir, eyni zamanda, erməni tərəfinin hələ də iş yerinin olduğunu qeyd edir.

“Mədəni irs bir növ münaqişənin əsaslarından biri kimi görünür və təbiidir ki, Azərbaycanın müharibədə öz qələbəsini təmin etmək üçün bu baxımdan ciddi problemi var və dövlət səviyyəsində erməni mədəni irsinin mənimsənilməsi siyasətini davam etdirir. Bu həm də onun hansı reaksiya verəcəyini görmək üçün bir növ eksperimental siyasətdir. Ona görə də səylər artırılmalıdır”.

Hamlet Petrosyan deyir ki, mədəni irsi ətrafında mübarizəsi iki dövlət, xalq, ictimaiyyətlər arasında gedən mübarizəyə çox oxşardır və mədəni müharibəsi bu ümumiliyin bir hissəsidir.

“Əgər Azərbaycan bu müharibədə totalitar kimi, bütün resursları ilə vuruşursa, Ermənistan tərəfinin addımları daha passivdir və bu mübarizə iki dövlətin ümumi mübarizəsinə çox bənzəyir. Bunun səbəblərini deyə bilmərəm”.

Armine Hayrapetyan deyir ki, dünya ilə onun başa düşdüyü dildə danışmaq lazımdır, və Azərbaycanın özünü cəzasız hiss etməsi vəziyyətin yaradılması ilk növbədə Ermənistan tərəfinin diqqətsizliyidir.

“Biz dünyaya göstərməliyik ki, Artsaxdakı ermənilər Azərbaycanın əleyhinə çıxış edən etnik azlıq deyil, həmin ərazidə yaşayan, bütöv bir etnik xalqdır ki, onun irsi məhv ediməkdədir”.

Həmsöhbət əmindir ki, bu informasiya müharibəsində dünya ilə düzgün danışmağı bilməlisən. Texnoloji dövrdə Azərbaycanın hərəkətlərini sübut etmək çətin deyil. Aydındır ki, problem ilk növbədə siyasi sahədədir, ancaq nəticələri qeydə alınmaq üçün kifayət qədər işləmək lazımdır.

Daha çox göstər
Back to top button