
(Birinci hissə yanvarın 15-də dərc olunub)
Əliyev Qərbə sözün əsl mənasında deyir ki, Cənubi Qafqazın işlərinə burnunuzu soxmayın. Sənsiz mən Yerevanla tərəfdaşlarımın Putinin, Ərdoğanın və digər qonşuların köməyi ilə məşğul olacağam. Düzdür, o qoşunlarından birinə İrana qarşı dəfələrlə kobudluq edib, bundan sonra da Tehranla münasibətlər dondurulub.
Paşinyandan fərqli olaraq, Əliyevin Qərb vasitəçilərinə, daha doğrusu, sülh müqaviləsinin təminatçılarına birmənalı olaraq ehtiyacı yoxdur. Sonra bütün güzəştləri bu müqaviləyə sığışdırmaq onun üçün daha çətin olacaq.
Xatırladaq ki, “Rusiya sülhməramlılarının vasitəçiliyi ilə” Qarabağı nəhayət təmizləmək üçün sentyabrda keçirdiyi “xüsusi əməliyyat”dan sonra Əliyev oktyabrın 6-da Almaniya, Fransa və Avropa İttifaqının iştirakı ilə İspaniyanın Qranada şəhərində erməni həmkarı ilə danışıqlara getməli idi.
Amma o birdən görüşdən imtina edib, guya dostu Ərdoğan ora dəvət olunmayıb. Daha sonra, oktyabrın 25-də Əliyev Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Paşinyanla görüş üçün Brüsselə getmək istəməyib.
Noyabrın ortalarında isə Azərbaycan Vaşinqtonda Ermənistanla xarici işlər nazirləri səviyyəsində danışıqlardan açıq şəkildə imtina etib və ABŞ Konqresində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrlə bağlı ABŞ-nı təndiq edib. Azərbaycan hətta ABŞ-nı “birtərəfli və qərəzli” yanaşmasına görə imtihan edib və ABŞ-ın vasitəçi rolunu itirməsinə gətirib çıxara biləcəyi ilə hədələyib.
Noyabrın 19-da Bakı Fransa Xarici İşlər Nazirliyinə qarşı da kampaniyaya başlayaraq, onun Beynəlxalq Məhkəmənin sentyabrın 19-da Əliyevin “xüsusi əməliyyatı”nı pisləməsi ilə bağlı 17 noyabr tarixli qərarına dair bəyanatını “yersiz və qəbuledilməz” adlandırıb. Qeyd edək ki, məhz bunun səbəbində 2023-cü ildə Artsax Respublikasının keçmiş rəhbərləri həbs olunub və 100 mindən çox erməni öz doğma yerlərindən getmək məcburiyyətində qalıb.
Bir neçə gün sonra Əliyev ABŞ Senatında qəbul edilmiş Ermənistanın Müdafiə Aktını “ikitərəfli münasibətlərə ciddi zərbə” adlandırıb və bəyan edib ki, “ABŞ uzun illərdir Qarabağda separatçı rejimini dəstəkləyib. Hazırda ABŞ-ın uğursuz vasitəçi kimi birtərəfli fəaliyyəti Vaşinqtonun Azərbaycanda nüfuzunu itirməsinə gətirib çıxarıb”.
Noyabrın sonunda Bakı Fransa, ABŞ və Almaniyanı guya Azərbaycanda qrantların verilməsi qaydalarını pozmaqda da ittiham edib.
Noyabrda və dekabrda Azərbaycanda Əliyev ailəsinin korrupsiyaları haqqında yazan 7 jurnalist cinayət işi üzrə həbs olunub. Yerli və xarici hüquq müdafiəçiləri bunu tənqidi mediaya qarşı yeni repressiya dalğası hesab edirlər.
Dekabrın 6-da Əliyev Bakıda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen ilə görüşüb. Görüşdən sonra amerikalı diplomat X mikrobloqunda yazıb ki, ABŞ dövlət katibi Blinken Vaşinqtonda yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sülh danışıqları üçün gözləyir.
Lakin Əliyev həmin gün bəyan edib ki, “O (O’Brayen) dedi ki, bizim Azərbaycanla əvvəlki kimi münasibətimiz olmayacaq və Azərbaycana qarşı ittihamlar irəli sürüb.
Əgər o belə bir bəyanatla çıxış edibsə, deməli, münasibətlər bütün istiqamətlərdə əvvəlki kimi olmayacaq. Biz bunu belə başa düşdük. O bəyan edib ki, Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı ABŞ-ya səfərlərə məhdudiyyətlər tədbiq olunacaq.
Bu, ABŞ-la münasibətlərimiz tarixində ilk dəfə idi. Ölkələrimiz arasında strateji əlaqələr var idi və bu administrasiya onu məhv etdi. Səbəbinin nə olduğunu bilmirik”.
Dekabrın 8-də Azərbaycan hakimiyyəti birdən bəyan edib ki, guya ölkədə “gizli Amerika agentləri”nin bütöv bir şəbəkəsi aşkarlanıb və ondan sonra jurnalistləri və tələbələri həbs etməyə başladı.
“Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsi tendensiyası dərin narahatlıq doğurur. Təkcə son bir ay ərzində 10-dan çox şəxs saxlanılıb.
Bu, qəbuledilməzdir və biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və haqsız yerə həbs edilmiş bütün şəxslərin tezliklə azadlığa buraxılmasına çağırmaqda davam edəcəyik”, – Dğvlətdepartamentin mətbuat katibi Metyu Miller bildirib.
Davamı olacaq…
(Məqalə Rusiyanın “СерпомПо” telegram kanalında dərc olunub).







