BaşlıcaSiyasət

AB  Ermənistanın ərazi bütövlüyünün pozulması amilində Azərbaycana ağır nəticələrlə bağlı xəbərdarlıq edib

AB Azərbaycana aydın mesajlar verir ki, Ermənistanın ərazi bütövlüyünün bu ölkə tərəfindən hər hansı pozulması qəbuledilməzdir və AB-Azərbaycan münasibətləri üçün ciddi nəticələrə səbəb olacaqdır.

Avropa Birliyinin xarici əlaqələr üzrə sözçüsü Piter Stano Brüsseldəki jurnalistimizin sualına cavab olaraq Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana qarşı ərazi ambisiyaları və təhdidləri ehtiva edən son bəyanatlarından danışıb. .

“Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuşuq, yorulmadan hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü və problemlərin yalnız sülh yolu ilə həllini dəstəklədiyimizi bir daha bəyan etdik.

 Əlaqə xətlərimiz açıq qalır. AB Azərbaycana aydın mesajlar vermək üçün bütün imkanlardan istifadə edir ki, Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və bizim münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaqdır.

Biz bu mövqedə qətiyyətlə dayanırıq. Avropa Şurasının  sədri Çarlz Mişel, ali nümayəndə Xosep Borrel və Avropa Birliyinin  xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanla Azərbaycan arasında sabit və uzunmüddətli sülhün bərqərar olmasında iştirakını davam etdirirlər” –deyərək  Stano bildirib

Daha çox göstər
Back to top button