BaşlıcaSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Aİ səfirini qərəzli olmaqda ittiham edib

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı dediklərini əsassız hesab edib.

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”,- Hacızadə özünün X mikrobloqunda yazıb.

O, həmçinin beynəlxalq təcrübə əsasında Azərbaycanın məhkəmə sisteminə müdaxiləni yolverilməz hesab edib.

Daha çox göstər
Back to top button