BaşlıcaSiyasət

Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib

Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Layihəyə əsasən, hərbi xidmət keçməyən və ölkəni tərk edən Ermənistan vətəndaşları 27 yaşdan sonra Ermənistana qayıdıb, iki il xidmət etdikdə cinayət təqibindən azad oluna bilərlər.

Digər varianta görə, onlar bir il xidmət edib 2,5 milyon dram (6,2 min dollar) və ya müvafiq olaraq 6 ay xidmət edib 5 milyon dram (12,4 min dollar), 1 ay xidmət edib 8 milyon dram (20 min dollar) ödəyə, yaxud 15 milyon dram (37 min dollar) ödəyib xidmət keçməyə bilərlər.

Daha çox göstər
Back to top button