
Noyabrın 9-da verilən bəyanatda Rusiyanın bəzi yollara nəzarət etməsi barədə heç bir söz yoxdur. Söhbət bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasından gedir.
Bu haqda jurnalistlərlə söhbətində “KP” fraksiyasının deputatı, maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan deyib.
“Belə bir maddə yoxdur. Əvvəlan biz 9-cu maddəni oxuyanda görürük ki, həmin məqam yalnız Ermənistanın yol açmaq məcburiyyətində olmasından gedir. Ermənistan bizim qanunvericiliyimizə uyğun olaraq bu yolu verməyə hazırdır. Onda kim deyib ki, Ermənistan yolları bağlayıb?
Deputatın sözlərinə görə, 9 noyabr bəyanatına toxunmazdan əvvəl bütün insanlar Dağlıq Qarabağa qayıtmalı, azərbaycanlılar oranı tərk etməli, Laçın dəhlizi qalmalı, Rusiya Federasiyası sülhməramlıları ilə birlikdə regionda üzərinə düşən vəzifələri yerinə yetirməyə davam etməlidir.
İkincisi, ümumi olaraq 9 noyabr bəyanatından danışaq. Noyabrın 9-da verilən bəyanatda deyildiyi kimi, Rusiya Federasiyası ilə Azərbaycanın nəsə etmək öhdəliyi götürdüyü və gördüyü məqam varmı? Belə bir məqam axı yoxdur. Onlar etməli olduqları hər şeyi etmədilər”, Papoyan vurğulayıb.
“Noyabrın 9-da verilən bəyanatda belə məqamlar var, lakin Rusiyanın hər şeyi nəzarətdə saxlaması mənası yoxdur. Söhbət Ermənistanın gündəmi olan yolların açılması və kommunikasiya maneələrinin aradan qaldırılmasından gedir”- deyərək Papoyan yekunlaşdırıb.







