
Gürcüstan regional kommunikasiyaların şaxələndirilməsi və gücləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Bunu Gürcüstanın Ermənistandakı səfirliyi jurnalistin Ermənistan hökumətinin təklif etdiyi “Sülh yollarının kəsişməsi” layihəsinə Gürcüstanın necə münasibət bəsləməsi barədə sualını cavablandırarkən vurğulayıb.
“Biz Qafqazın kommunikasiyalar üçün həyati əhəmiyyət kəsb edən bir region kimi strateji əhəmiyyətini və əlaqənin təmin edilməsində artan əhəmiyyətini qəbul edirik:
Gürcüstan regional kommunikasiyaların şaxələndirilməsi və gücləndirilməsi kimi ümumi məqsədimizə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır.
Biz regional sabitliyə, iqtisadi artıma və əlaqələrin genişlənməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırıq” – deyə Gürcüstan səfirliyindən bildiriblər.
Ermənistan Respublikası hökuməti Fars körfəzi, Oman körfəzi, Qara dəniz,Xəzər və Aralıq dənizlərini regional vahid dəmir yolu şəbəkəsi və Şimal-Cənub və Şərq-Qərb ilə birləşdirməyi hədəfləyən “Sülh kəsişməsi” layihəsini təqdim edib.
Bu layihəyə əsasən, Ermənistan Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarını, dəmir yollarını, boru kəmərlərini, kabelləri, elektrik xətlərini təmir etmək, tikmək və istismar etmək yolu ilə kommunikasiyaları inkişaf etdirmək məqsədi daşıyır:
Ermənistan hökuməti Ermənistan Respublikası ərazisində 4 dəmir yolu hissəsinin bərpası yolu ilə Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə hazırdır. Ermənistan həmçinin Gümrüdən Türkiyə sərhədinə qədər dəmir yolunun dağılmış hissələrini və Hrazdandan Kayana qədər olan dəmir yolunun dağılmış hissələrini bərpa etməyə hazırdır ki, bu da bütün region ölkələri arasında yeni əlaqələr yaradacaq.







