
Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi ER Rusiya Federasiyasındakı səfiri ilə Rusiya Federasiyasının Xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüşün təfərrüatlarını təqdim edib.
Mesajda xüsusi olaraq deyilir:
“Yanvarın 17-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutunyanı qəbul edib.
Görüşdə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir Harutyunyan həmsöhbətini Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələr barədə məlumatlandırıb və rəsmi Bakının son bəyanatlarından narahatlığını bildirib.
Səfir ER-nin mövqeyinin fundamental prinsiplərini vurğulayıb: ərazi bütövlüyünə qarşılıqlı hörmət, SSRİ-nin ən son xəritələri əsasında demarkasiya prosesinin təmin edilməsi, bərabərlik və qarşılıqlılıq prinsipləri ilə suverenlik və yurisdiksiya altında regional kanalların blokdan çıxarılması.







