BaşlıcaİctimaiyyətSiyasət

Türkiyə bankları Rusiya ilə işləməkdən imtina etməyə başlayıblar

Türkiyə bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıblar. Bu haqda “Komersant” qəzeti maliyyə bazarı və xarici ticarətin iştirkaçılarının mənbəyinə istinadən xəbər verib.

Nəşr yazıb ki, Türkiyə bankları bütün Rusiya kredit təşkilatları ilə müxbir münasibətlərini kəsib, həmçinin müqaviləni rəsmi bağlamadan ödənişləri dayandırdı. Türkiyə bankları Rusiyanın xarici törəmə bankları üçün istisna ediblər.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, vəziyyət 2023-cü ilin yayında mürəkkəbləşib və  Dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Ukraynaya qarşı müharibəsində Rusiyaya kömək edən xarici şirkətlərə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi haqqında sərəncamından sonra kəskinləşdi.

Gömrük və logistika brokeri Yuliya Şlenskayanın sözlərinə görə, “Türkiyədəki banklar fasilə götürüb və Rusiyadan və onların ölkəsinə pul ödənişləri həyata keçmirlər”.

SOTA Logistic-in direktoru İqor Çernişov bildirib ki, “hətta xidmətlərin ödənişi belə həyata keçirilmir”, Türkiyə banklarından isə  “yalnız biri müxbir kimi ödənişlərə icazə verir”.

TASS-ın Türkiyə bank sahələrindəki mənbəyi Yanvarın 16-da bildirib ki, türkiyəli banklar Baydenin əmrinə görə “gözləməkdədir”, çünki sənəddə əlavə aydınlaşdırma tələb edən geniş ifadələr istifadə edilib.

Daha çox göstər
Back to top button