
“Tatoyan” Fondu bildirir ki, Azərbaycanın Ermənistana qarşı təcavüzkar təbliğatının yeni üsulları tətbiq olunur. Bir neçə gün əvvəl bütün Ermənistanı Azərbaycan kimi təqdim edən “Virtual Qərbi Azərbaycan” (qerbiazerbaycan.com) və “Erməni cinayətləri” (armeniancrimes.com) saytları fəaliyyətə başlayıb.
“Saytlardan biri dörddillidir, digəri isə ingilis və rus dillərindədir. İnsanların ifadələri və ayrı-ayrı hekayələri ilə Ermənistanın Azərbaycanın tarixi torpağı olduğunu sübut etməyə cəhd edilir.

“Erməni vandalizmi” və “Resurslar” bölmələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə yalan ifadələr yer alıb. Erməni kilsələri və monastırları Azərbaycan mədəniyyətinin bir hissəsi kimi təqdim olunur və bir çox başqa yalanlar mövcuddur.
Azərbaycanın ermənilərə qarşı işgəncə və qətllərdən tutmuş mədəniyyət abidələrinin dağıdılmasına qədər hərbi cinayətləri törətməsinə baxmayaraq, onlar nəinki külli miqdarda vəsait hesabına mövcud olmayan tarixlərini yaradaraq, bütün mümkün vasitələrlə dünyaya təqdim edirlər, həm də Ermənistana qarşı təcavüz və ərazi iddiaları üçün zəmin yaradırlar. Görünən odur ki, bütün bunlar Azərbaycan hakimiyyətinin birbaşa himayəsi altında baş verir.
Ona görə də Azərbaycanın “sülhsevərliyi” yalandır və bizim sayıqlığımızı susdurmaq məqsədi daşıyır.
Görünən odur ki, Azərbaycan hakimiyyəti “sülhün kəsişməsindən” “yürüməyəcək”. Məqsədləri o yolda Ermənistanın olmamasıdır”, – bəyanatda deyilir.







