BaşlıcaEkonomikaİctimaiyyət
Kanadanın “Mackage” şirkətinin yeni gödəkçə kolleksiyası Ermənistanda istehsal olunur

Ermənistanın Kanadadakı səfirliyi bildirir ki, “Lorens NYC” şirkətinin təsisçiləri Aram və Aşot Spencyanların səyləri ilə Kanadanın yüksək keyfiyyətli geyim istehsal edən “Mackage” şirkətinin yeni gödəkçə kolleksiyası Ermənistanda istehsal olunmağa başlayıb.

“Lorens NYC” şirkəti 2019-cu ildə dünyanın tanınmış və keyfiyyətli geyim şirkətlərinin məhsullarının istehsalını Ermənistanın istehsalat obyektlərinə köçürmək məqsədi ilə yaradılıb. Hazırda şirkətin sayəsində Ermənistanda 15 məşhur brend istehsal olunur.







