BaşlıcaEkonomikaSiyasət

Maliyyə nazirinin müavini Vyanada konfrans ərzində DQ-dan məcburi köçürülmüş ermənilərə dəstək tədbilərinə toxunub

ER Maliyyə nazirinin müavini Eduard Hakobyan Yanvarın 16-17-də Vyanada Euromoney konfransı çərçivəsində Mərkəzi və Şərqi Avropanın illik forumunda iştirak edib.

Forumda Mərkəzi və Şərqi Avropa ölkələrindən olan yüksək rütbəli rəsmilər, aktivlərin menecerləri, habelə investisiya menecerləri və banklar iştirak ediblər.

Digər məsələlər arasında, Forum çərçivəsində əsas mövzularından cari qlobal makroiqtisadi tendensiyalar, istiqraz dinamikası, ölkələrin borc riskləri, yaşıl və hərbi istiqrazlar, kapital bazarlarında mövcud tendensiyalar, regional münaqişələr və onların iqtisadi inkişaflara təsiri, rəqəmsal transformasiyalar və süni intellektin rolu olub.

Forum ərzində Eduard Hakobyan, bir sıra əsas məsələlər, o cümlədən ER Hökümətinin iqtisadi islahatları, DQ-dan məcburi köçkün düşmüş ermənilərə dəstək tədbirləri, rus-ukrayna münaqişəsinin Ermənistanın iqtisadiyyatına təsiri, dövlət istiqrazlarının buraxılması, dövlətin maliyyələşdirmə planlarına və s. toxunaraq əsas məruzəçi kimi çıxış edib.

Nazir müavini Vyana Birləşmiş institutunda olub,  institutun direktoru H. Colli ilə görüşüb və potensialın inkişafı sahəsində ER Maliyyə Nazirliyi və institut arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Yanvarın 17-də Eduard Hakobyan OPEC-in (Neft İxrac edən Ölkələr Təşkilatı) Beynalxalq inkişaf Fondunun dəvəti ilə Fondun mərkəzi ofisini ziyarət edib və orada baş direktor A. Alxalifa ilə görüşüb.

Görüş ərzində fond tərəfindən 2023-cü ildə ER-na verdiyi büdcə dəstəyi proqramına toxunulmuş, eləcə də yeni mümkün proqramların həyata keçirilməsi perspektivləri müzakirə edilmişdir.

Daha çox göstər
Back to top button