Gürcüstanın İctimai təşkilatları beynalxalq ictimaiyyəti Azərbaycanda jurnalistlərin həbslərinə reaksiya verməyə çağırıblar

Gürcüstanın beş nüfuzlu İctimai təşkilatı beynalxalq ictimaiyyəti Azərbaycanda seçkiqabağı dövrdə jurnalistlərin həbslərinə reaksiya verməyə çağırıb. Bu haqda “Novosti Gruziya” yazır.
Bəyanatda vurğulanır ki, son aylarda Azərbaycanda həbs edilmiş jurnalistlər ölkə hakimyyətinin insan hüquqları baxımından hərəkətlərini tənqidi qiymətləndiriblər.
“Azərbaycan hakimiyyətinin fərqli fikirlərə qarşı dözümsüzlüyü jurnalistlərin xırda xuliqanlıq, polisə tabe olmamaq və qaçaqmalçılıq ittihamları ilə seçkiqabağı həbslərinin siyasi motivli olduğuna dair şübhələr yaradır”, – deyə bəyanatda vurğulanır.
Bəyanatın müəlifləri həmçinin qeyd ediblər ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı vəziyyəti kəskin şəkildə pisləyib, müstəqil jurnalislərin işi isə siyasi təzyiqlər səbəbindən çətindir. Azərbaycan hazırda Mətbuatın azadlığı indeksində 180 ölkənin sırasında 151-ci yerdədir.







