BaşlıcaSiyasət

 “Qardman-Şirvan-Naxıcevan” DQ Haterk  kəndindəki qəbirstanlığındakı  azərbaycanlı vandalizminə toxunub

“Qardman-Şirvan-Naxıcevan” Ümumerməni birliyi Dağlıq Qarabağın Haterk kəndinin qəbiristanlığında azərbaycanlıların vandalizmi faktı ilə bağlı bəyanatla çıxış edib.

Verilən məlumata görə, bəyanatda deyilir:

“Azərbaycanlı istifadəçilərin sosial şəbəkələrdə paylaşdıqları videodan aydın olur ki, azərbaycanlılar  təkrarən erməni mənəvi-mədəni dəyərlərinə və müstəqillik rəmzlərinə qarşı vandalizmə əl atıblar.

Bu dəfə hədəf Haterkin kənd qəbiristanlığı olub. Azərbaycanlılar tərəfindən çoxsaylı  xatirə daşları atılmış, məzar daşları iş alətləri üçün postament kimi istifadə edilmişdir. Müharibə illərində kənd müdafiəçilərinin qardaşlıq abidəsi azərbaycanlıların qəzəbinə “səbəb olub”.

Bəs azərbaycanlılar kəndin dinc əhalisini müdafiə edərkən həlak olanların xatirəsinə ucaldılmış abidəni təhqir edərkən, 1992-1993-cü illərdə vəhşicəsinə qətlə yetirilən 19 dinc sakini xatırlamırlarmı? Kənd Azərbaycanın nəzarətinə keçdi. Bu günsə yaşamaq hüququnun müdafiəsi azərbaycanlıları hiddətləndirir.

“Qadrman-Şirvan-Naxıcevan” ümumerməni birliyi Azərbaycan vandalizminin davam etməsindən və cəzasız qalması faktından olduqca narahatdır. Hətta bu yaxınlarda “Dini etiqad azadlığına nəzarət” siyahisina  daxil edilməsi də bir çox beynəlxalq konvensiyalar və protokollar belə  xüsusən 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsi ilə məhkum olunan  Azərbaycanın antierməni irqçi etnosid siyasətini davam etdirməsinə mane olmur.

Silahlı qarşıdurma zamanı qadağan edilən mədəniyyət  sərvətlər vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və mədəni irsə qarşı hər hansı qisas aktıdır.

1954-cü il Birinci Haaqa Protokoluna əsasən, işğal olunmuş ərazilərdə mədəniyyət  və mənəvi dəyərlərin məhv edilməsi qadağandır.

1999-cu il İkinci Haaqa Protokolu onu beynəlxalq cinayət olaraq təsnif edir.

Faktiki, Dağlıq Qarabağda etnik təmizləmə və əhalinin boşaldılmasından sonra Azərbaycan öz cinayətkar fəaliyyətini səngimədən davam etdirməkdədir. Məcburi köçkünlük, misli görünməmiş vəhşilik və siyasi ikiüzlülüklə müşayiət olunan bəşəriyyətə qarşı cinayətlərin mükəmməl toplusu deyilsə, bəs Azərbaycanın tarixi nədir?

Qadrman-Şirvan-Naxıcevan Ümumaməni birliyi bir daha beynəlxalq arbitrləri və məsul təşkilatları erməni mədəniyyət irsinin təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmağa çağırır”.

Daha çox göstər
Back to top button