BaşlıcaİctimaiyyətSiyasət

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş uşaqların istirahətini  yay tətili ərzində Macarıstanda təşkil etmək imkanı müzakirə edilib

Bu günlərdə Əmək və sosial məsələlər üzrə nazir Narek Mkrtçyan  Macarıstanın ER-dakı Fövqəladə və səlahiyətli səfiri Anna Maria Şikonu qəbul edib. Bu haqda Ermənistan Respublkası Əmək və sosial məsələləri nazirliyindən bildiriblər.

Görüş ərzində əmək və sosial müdafiəsi sahəsindəki əməkdaşlığının gələcək istiqamətləri, xüsusuilə Dağlıq Qarabağdan məcburi köçmüş şəxslərə dəstək vermək prosesində birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Uşaq hüquqlarının müdafiəsi, məşğulluq və sosial mənzil tikintisi sahələrində  birgə işlərin təşkil edilməsi imkanlarına toxunulub.

Nazir Mkrtçyan məcburi köçürülmüş şəxsləri üçün həyata keçirilən dövlət dəstəyi proqramlarını təqdim edərək sonuncuların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsinin vacibliyini qeyd edib.

Anna Maria Şiko da nazirliklə əməkdaşlığı  vacib hesab edərək qeyd edib ki, DQ-dan məcburi köçkünlərin dəstəyinə yönəlmiş proseslərdə lazımi səylər göstərməyə hazırdırlar.  Səfirin təklifi ilə məcburi köçürülmüş uşaqların istirahəti  yay tətil ərzində Macarıstanda təşkil etmək imkanı müzakirə edilib.

Nazir Mkrtçyan səfirin təklifini alqışlayaraq qeyd edib ki, oxşar proqram Sloveniya və Kipr ilə artıq həyata keçirilib ki, onun çərçivəsində həm DQ-ın, həm də Ermənistan Respublikasının sərhədyanı icmalarının uşaqları təhsil və maarifləndirici fərqli tədbirlərdə iştirak edərək  bu ölkələri ziyarət etmək imkanı əldə ediblər.

Görüşun sonunda tərəflər müzakirə olunan məsələləri praktiki mərhələyə keçməsi üzrə razılıq əldə ediblər.

Daha çox göstər
Back to top button