
Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında sonuncu dəfə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı kimi çıxış edib. O, vurğulayıb ki, onilliklər ərzində ilk dəfədir ki, belə bir insan haqları missiyası Dağlıq Qarabağa səfər edə bilir.
Miyatoviç hazırda dünyanın müxtəlif yerlərində hərbi münaqişələrin olmasından narahatlığını ifadə edərək qeyd edib ki, münaqişələr zamanı fundamental insan hüquqları pozulur.
Dunia Miatovic (Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı) – Ermənistanla Azərbaycan arasında uzun sürən münaqişə zamanı mühüm insan haqları pozuntuları baş verib. Ümidvarıq ki, bu münaqişənin son fəsli idi. Bir neçə gün əvvəl mən Qarabağ regionu ətrafında münaqişədən zərər çəkmiş bütün insanların hüquqlarının səmərəli müdafiəsinin sülh prosesinin uğurunun açarı olduğunu vurğulayan hesabat dərc etmişdim.
Müharibə və münaqişə zonalarında insan hüquqlarının vəziyyəti ilə yanaşı, daha yaxşı həll edilməli olan digər ciddi problemlər də var.
Miyatoviç əlavə edib ki, qanunun aliliyi sivilizasiyaların ən böyük nailiyyətlərindən biridir və bəşəriyyəti istibdaddan və zülmdən qoruya biləcək antidotdur.







